Alliance Agro Haqqımızda

“Alyans Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şəmkir və Xaçmaz rayonlarında geniş torpaq sahələrinə sahib olmaqla, bir neçə adda əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, alışı və satışına da öz töhfəsini verməkdədir. Şirkət pomidor, kartof, xiyar, heyva, moruq, çiyələk, xurma, nektarin, qarpız, şaftalı, ərik, gavalı, gilas, nar, armud, üzüm, alma, böyürtkən kimi meyvə və tərəvəz məhsullarını qabaqcıl, innovativ avropa standartları ilə emal edir və qablaşdırır. Məhsulların istehsal prosesində bütün sanitar–gigiyenik norma və qaydalara ciddi riayət olunur, yerli və beynəlxalq standartlar nəzərə alınır.
Şirkət Azərbaycan Respublikasının Qanunvericiliyinin, Gömrük məcəlləsinin və qida təhlükəsizliyinin tələblərinə  uyğun olaraq öz müştəri və tərəfdaşlarına logistika, gömrük rəsmiləşdirilməsi, yükün müşaiyəti, eləcə də hüquq xidmətləri təklif edir. Şirkət sözügedən xidmətlər üzrə tam ixtisaslaşmış, öz peşəkar fəaliyyətini müştərilərin güvən və etimadı üzərində qurmuşdur.
 
Uğurlarına və hədəflərinə sadiq qalan “Alyans Aqro” logistika xidmətlərində bütün növ yükdaşımaları (beynəlxalq və daxili yükdaşıma, beynəlxalq karqo yükdaşımaları, beynəlxalq qrup şəklində yükdaşımalar) operativ və təhlükəsiz şəkildə quru, dəniz və hava nəqliyyatından istifadə etməklə reallaşdırır. Şirkətin Türkiyə, Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Orta Asiyanın digər ölkələrini əhatə edən uğurlu idxal, ixrac və tranzit yükdaşımaları təcrübəsi var. Eləcə də, şirkət taxta (meşə sənayesi) məmulatlarının tranzit, idxal və ixracına (Tranzit - İran, iraq, Suriya; İdxal - Rusiya, Belarus; İxrac – İran) xüsusi önəm verir.
 
“Alyans Aqro” Gömrük orqanları ilə sıx əməkdaşlıq mühitində bu sahədəki təcrübəli peşəkarlarla qüsursuz gömrük rəsmiləşdirilməsi xidməti, gömrük bəyannaməsinin (İXRAC, TRANZİT, MƏHSUL SAXLANC, MÜVƏQQƏTİ İXRAC, İDXAL, TƏKRAR İDXAL, MÜVƏQQƏTİ İDXAL, TƏKRAR İDXAL və s.) tərtibi xidməti və (nəqliyyat xidməti) beynəlxalq daşınmaların rəsmiləşdirilməsini həvəslə öz öhdəsinə götürür. Son illərdə şirkətin imza atdığı uğurlar isə təkcə dövlətin özünə etibarını deyil, eyni zamanda yüzlərlə müştərilərinin “Alyans Aqro” MMC-yə olan rəğbət və inamını artırmışdır. 
 
Bizim missiyamız müştərilərimiz üçün şəffaf, etibarlı və peşəkar iş ortağı olmaq, şəxsiyyətə hörmət etmək, beynəlxalq standartlara və yüksək keyfiyyət göstəricilərinə uyğun xidmətlər göstərməkdir. Müştərilərimizi tam əmin edirik ki, göstərdiyimiz kompleks xidmətlərlə onların rəqabət qabiliyyəti və ticari gücləri artacaqdır. “Alyans-Aqro” MMC mövcud olduğu sektorda özünün çoxşaxəli və beynəlxalq təcrübəsilə inkişafa dəstək olacağına, Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracındakı fəaliyyət qabiliyyətilə həmişə lider yerlərdən birini tutacağına əmindir.
 
Ölkəmizdə sifarişçilərin istəyinə əsasən tara, məhsulun kalibri və keyfiyyətini tam olaraq sifarişlərə uyğunlaşdırmaqdır. Tərəfimizdən müştərilərə göstərilmiş xidməthaqqı məbləğləri razılaşma yolu ilə və müqavilələrlə tənzimlənir: Gömrük rüsumları, malların rəsmiləşdirilməsi, nəql edilməsi, çatdırılma müddəti və dəyəri barədə məlumatlar isə müştərilərə öncədən təqdim olunur. Bu da o deməkdir ki, biz müştərilərimizi artıq xərclərdən və əlavə vaxt itkisindən qorumağı düşünürük.
       
 Şirkətimizin Gəncə və Xaçmazda olan ofisləri isə bu bölgələrdə olan istixanaları asanlıqla idarə etməyə imkan verir. İstixanalarımızda qida standartlarına uyğun olaraq yetişdirdiyimiz məhsulları Rusiya və digər xarici ölkələrə ixrac edirik. Qeyd etmək istərdik ki, şirkətimiz Rusiyanın idxal üçün lisenziya verdiyi ən böyük 5 şirkətdən biridir.