Alliance Agro Məhsullar Alma
Alma
Alma ölkəmizdə meyvə bitkiləri içərisində ən geniş yayılmış cinsdir. Almanın əkin sahəsi respublikamızda cəmi meyvə bitkilərinin 50 faizə qədərini təşkil edir. Bu bitkinin geniş becərilməsinə səbəb zəngin kimyəvi tərkibi, meyvələrin uzun müddət saxlanması qabiliyyəti, yüksək məhsuldarlığı, müxtəlif torpaq-iqlim şəraitində becərilməsi imkanıdır. Almanın tərkibində şəkər, üzvi turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Əkin sahəsinə və ümumi məhsul istehsalına görə alma birinci yeri tutur.
Azərbaycanda iqtisadi rayonlar sırasında Şəmkir və Quba-Xaçmaz zonası alma istehsalının əksər hissəsini təşkil edir. Azərbaycanın torpaq və iqlim şəraiti və dünyanın ən böyük alma idxalçısı olan Rusiya Federasiyası ilə həmsərhəd olması alma istehsalı sahəsində ixracatçı dövlət olmağa tamamilə imkan verir. Respublikamızda əsasən almanın 300-dən çox müxtəlif sortları becərilir. Alma sortları yetişmə vaxtına görə 3 qrupa ayrılır: yaylıq, payızlıq və qışlıq sortları.
Yaylıq sortlar: yaylıq sortlar iyul-avqust aylarında yetişir. Saxlanma və nəqliyyatla daşınmaya az davamlı olduğuna görə təsərrüfatda onlara az yer verilir. Keyfiyyətinə görə də yaylıq sortlar digər sortlardan geri qalır. Lakin, əhalini yay ərzində təzə meyvə ilə təmin etməkdə yaylıq sortların böyük rol oyanyır. Yaylıq sortlarına: Fəximə, Şirvan reneti, Məclisi, Şirvan tacı, Qrafenşteyn, Papirovka, Borovinka, Melba, Tezyetişən Mekintoş aiddir.
Payızlıq sortlar: sentyabr, oktyabrda yetişir. Payızlıq sortlar isə: Sarı Belfler, Qışlıq qızıl parmen (Zolaqlı şafran), Mekintoş, Kortland, Uelsidir.
Qışlıq sortlar: alma sortları içərisində ən qiymətlisi sayılır. Onlar zəngin kimyəvi tərkibə, yüksək qidalılığa və uzun müddət saxlanma qabiliyyətinə malikdir: Qızıl Əhmədi, Sibir, Şıxıcanı, Darağı, Əyyubi, Sarı turş, Cır Hacı, Simirenko reneti, Şampan reneti, Qolden Delişes, Red Delişes, Conatan, Kid orany red, Kinq Devid, Stark, Royal red Delişes.