Alliance Agro Məhsullar Üzüm
Üzüm
Azərbaycanın ayrı-ayrı zonalarında (xüsusilə Şəmkir və Xaçmazda) xalq tərəfindən saxlanma sahəsində olan ənənələr üzümçülüyün azərbaycanlıların məişətində mühüm rol oynadığını təsdiqidir. Üzüm giləsi şəkərlə (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarıyla, kalium-permanqanatıyla, karotinlə, boyayıcıyla, pektin maddələriylə, vitaminlərlə (A, B1,B2, B6, PP, C və s.), mineral elementlərlə və mikroelementlərlə və s. zəngindir. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Azərbaycanda bir çox sayda üzüm növləri yetişdirilmişdir. Onların adları əksər hallarda rənginə görə: qara, ağ, sarı, sarıgilə, bənövşəyi, göygəzəndən, qarasərmə və s.; keyfiyyətinə, dadına görə: gilabi, kişmişi, şəkəri, təmbəi, şirəyi, kərimqəndi; giləsinin ölçüsünə görə: quşurəyi, misqalı, yülküquyruğu, dəvəgözü, tüləğözü, keçiməməsi-inəkəmcəyi, gəlinbarmağı-xatınbarmağı; toxumlarının böyüklüyü və salxımlarının formasına görə: sapdadurmaz, haçabaş, bəndi, təbərzə fərqlənir.
Bir sıra üzüm növlərinə isə yetişdirildikləri yerlərə uyğun adlar verilmişdir: "Arazbarı", "Beyləqani", "Təbrizi", "Şabranı", "Dərbəndi". "Ordubadi". "Şirvanşahı", "Tatlı", "Mərəndi", "Mədrəsə", "Şahtaxtı" və s. Həmçinin, üzüm sortunu yetişdirən insanların şərəfinə adlandırılmış növləri: Xəlili" (Ağ Xəlili, Qara Xəlili, "Hüseyni", "Əsgəri", "Səkinə xanım", "Muxtarı", "Ağadayı", "Mələyi" mövcuddur.
Kürdəmir rayonu məşhur Şirvanşahı üzüm növünün vətəni sayılır. “Şirvanşahı” növündən hazırlanan Kürdəmir kaqoru dünyanın sayılan şərab növləri siyahısına daxil olmuşdur.
Təcrübəli Azərbaycan üzümçüləri yerli üzüm növləri ilə yanaşı, digər ölkələrdən gətirilmiş növləri də yerli şəraitə uyğun ustalıqla yetişdirə bilmişlər: "Rkatsiteli", "Muskat", Kaberne", "İzabella" və s. növlərinin adlarını xüsusilə qeyd etmək olar.