Alliance Agro Məhsullar Armud
Armud
Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Meyvələri yüksək keyfiyyətli və qidalı olduğundan qədim zamanlardan becərilir. Meyvələrin tərkibində şəkər, turşu, dabbaq maddəsi, kül elementi, müxtəlif vitaminlər (A, B, B1 C və PP) vardır. Meyvələrdən təzə və emal olunmuş halda istifadə edilir.
Armud tumlu meyvə bitkiləri içərisində, sahəsinə və məhsul istehsalına görə ikinci yerdə durur. Armud respublikamızın əksər rayonlarında, xüsusilə Şəmkir və Xaçmazda uğurla becərilir. Yüksək məhsuldar bitkidir. Armudun 60 növü məlumdur. Bu növlər yer kürəsinin Şimal yarımkürəsində yayılmışdır. Respublikamızda daha geniş yayılan növləri aşağıdakılardır: Qafqaz armudu, söyüdyarpaq armud, meşə armudu. Armud sortları yetişmə vaxtına görə yaylıq, payızlıq və qışlıq olur:
Yaylıq sortlar: Cır Nadiri, Abasbəyi, Bere Jiffar, Yaylıq Vilyams (Bonkretyen Vilyams, Bartlet), Red Vilyams, Klappın sevimlisi. Yaylıq sortlar iyul-avqust aylarında yetişir.
Payızlıq sortlar: Bere Bosk, Əhmədqazı, Düşes Anqulem, Jozefina. Payızlıq sortlar sentyabr-oktyabr aylarında yetişir.
Qışlıq sortlar: Bere Ardanpon, Pass Krassan, Nararmudu, Küre yetişdirilir.
Adi, yaxud becərilən Armud (P.communis) və gecyetişən Armud (P.serotina) növləri yayılmışdır.
Azərbaycandakı Armud sortları, o cümlədən Qafqaz cır Armudu da yabanı Armud növündən alınmışdır. Quraq dağlıq yerlərdə söyüdyarpaq cır Armud (P.passiflora) yaxşı əmələ gəlir.