Nar
Nar çox qədimdən becərilən və istifadə olunan bitkidir. Аdi nаr təbii hаldа Аlаzаn-Əyriçаy vаdisində, Kür-Аrаz оvаlığındа, Lənkərаn-Аstаrа ovalığında, Şəmkirdə, Xaçmazda, Abşeronda bitir. Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik bitkidir. Nar meyvəsindən müxtəlif məmulatlar nar şirəsi, narşərab, spirtsiz içkilər, üzüm bəhməzi ilə nar toxumundan hazırlanmış nardaşı, spirt, nardaça, şərab və s. hazırlanır. Nar şirəsində su, şəkər, qlükoza, yağ, zülal, turşu, C vitamini var.
Adi nar (P.granatum L) yabanı halda ölkəmizdə rast olunur. Narın 2 növü, 500-dən artıq sortu məlumdur. Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Bunlar həm morfoloji-bioloji xüsusiyyətlərinə, meyvələrinin keyfiyyətinə, həm də yetişmə vaxtlarına görə bir-birindən fərqlənir. Respublikamızda geniş yayılmış və böyük təsərrüfat əhəmiyyəti kəsb edən sortlar Azərbaycan gülöyşəsi - Çəhrayı gülöyşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Şah nar, Vir No-1 sortlarıdır. Bu sortlar aprel- may aylarında çiçəkləyir və oktyabr ayında yetişir.
Azərbaycanda nar istehsal edən iqtisadi rayonlar sırasında Gəncə-Qazax bölgəsində Çəhrayı gülöyşə, Bala Mürsəl; Lənkəranda Çəhrayı gülöyşə, Azərbaycan gülöyşəsi, Nazik qabıq, Vələs, Oleq, İri gilə; Quba-Xaçmaz iqtisadi rayonunda Azərbaycan gülöyşəsi, Nazik qabıq; Aran iqtisadi rayonunda Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri gilə; Dağlıq Şirvan bölgəsində Çəhrayı gülöyşə, Bala Mürsəl, Azərbaycan gülöyşə, Nazik qabıq, Vələs, Oleq, İri gilə və s. sortlar becərilir.
Azərbaycanda təbii sahələrdə miqdarı azalmaqda olan relikt növdür və Ağdaş, Dəvəçi, Ağsu, Astara, Lənkəran, Şəki rayonlarında, Türyançay qoruğunda və Naxçıvan MR yayılmışdır. Narın çiçəkləri qırmızı rəngdə olur, sentyabr-oktyabr-noyabr aylarında yetişir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və relikt növdür.