Alliance Agro Məhsullar Gilas
Gilas
Gilas geniş yayılmış meyvə bitkisidir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Meyvələrinin tərkibində şəkər, turşu, dabbaq maddəsi, pektin, kül elementi, sellüloza, C, A vitaminləri və karotin vardır və çəyirdəyində yağ olur.
Meyvələrindən təzə halda istifadə edilir, həmçinin, meyvəsindən kompot, mürəbbə və digər məhsullar hazırlanır. Gilasın yabanı halda bir növü - adi gilas yayılmışdır. Respublikamızda gilasın daha geniş əkilən sortları Biqarro Qrol, Ramon Oliva, Tezyetişən Kassini, Sarı Droqana, Frans İosif, Kəl ürəyi sortlarıdır və əsasən iyun, iyul aylarında yetişir.
Azərbaycanda iqtisadi rayonlar sırasında Quba-Xaçmaz və Şəmkir üstünlük təşkil edir. Gilas istehsalı ən çox Xaçmaz rayonundadır. Meşələrimizdə yabanı şəkildə bitən cır gilas ağacları illər əvvə bağbanlar tərəfindən mədəniləşdirilib.