Alliance Agro Məhsullar Ərik
Ərik
Meyvələri zəngin kimyəvi tərkibə və yüksək qidalılığa malik olduğundan böyük təsərrüfat əhəmiyyəti kəsb edir. Ərik milli xörəklərin hazırlanmasında (xüsusən plov) ərik qaxı əvəzolunmaz çərəzdir. Əriyin şirin ləpəli sortlarından istehsal olunmuş yağ qənnadı sənayesində istifadə edilir. Ərik meyvələrində şəkər, müxtəlif turşular, pektin maddəsi, A və C vitaminləri, toxumlarında yağ və zülal vardır.
Əriyin meyvələri təzə halda yeyilməklə yanaşı, ondan kompot, mürəbbə, cem, pavidlo, şirə və başqa məhsullar hazırlanır. Ərik meyvələrindən hazırlanan qax dünya bazarlarında yüksək qiymətləndirilir. Əriyin Şərqi, Mərkəzi, Orta və Kiçik Asiyada, həmçinin, Qafqazda 8 növü yayılmışdır. Bu növlərdən yalnız biri - Adi ərik, mədəni halda becərilir. Respublikamızda, əsasən Şalax, Badam ərik, Qırmızı yanaq, Əbu Talibi, Ağ Təbərzə (Balyarım), Haqverdi sortları daha geniş yayılıb. İyun, iyul, avqust aylarında, əsasən, yetişir.
Azərbaycanda iqtisadi rayonlar sırasında ərik istehsalı Naxçıvan iqtisadi zonası, Şəmkir və Xaçmazda üstünlük təşkil edir.