Alliance Agro Məhsullar Qarpız
Qarpız
Qarpız boranıkimilər fəsiləsinə mənsub olub birillik sürünən ot bitkisidir. Geniş yayılmış 3 növə bölünür: süfrə qarpızı, yem qarpızı və yabanı qarpız. Qarpızın vətəni mərkəzi və cənubi Afrika sayılır.
Sortları bir-birindən formasına, ölçüsünə, üzərinin vəziyyətinə, qabığının qalınlığına, ətliyin zərifliyinə görə fərqlənir. Qalın qabıqlılar daşınma və saxlanma üçün daha əlverişlidir. Yetişməsindən asılı olaraq aşxana sortları tezyetişən, orta və gecyetişən olur.
Geniş yayılmış tezyetişən qarpız sortlarından Oqonyok, Don-39, Qalib-395, Ağ çəyirdəkli, Pyatiqorsk xutorunun sevimlisi, Duman və s. göstərmək olar. Medovka sortu xırda şar şəkillidir. Ölkəmizin əksər rayonlarında becərilir. Azərbaycanda Melitopol-142, Biryuçekut-775, Sabirabad-53-88, Pyatiqorsk xutorunun sevimlisi və s. qarpız sortları yetişdirilir.
Qarpızın yüzlərlə sortları vardır. Tezyetişən sortlar 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Hal-hazırda Azərbaycan bostançılarının 90%-dən çoxu Cəfərxan, Qalaqtika, Krimson svit qarpız sortlarını yetişdirirlər. Azərbaycanda Şabran, Sabirabad və Zirə qarpızı daha çox məşhurdur. Məhsulun böyük müalicəvi əhəmiyyəti var.