Alliance Agro Məhsullar Xurma
Xurma
Dünyanın ən qədim meyvə bitkilərindən hesab edilir. Meyvələri yüksək qidalılıq xüsusiyyətinə malikdir. Xurma başlıca olaraq Asiya, Afrika və Amerika qitəsində yayılıb. Xurma Palmakimilər fəsiləsinə aid olmaqla dünyanın tropik və subtropik bölgələrində yayılmış 12 növü məlumdur. Qonşu İran İslam Respublikasında əsl xurmanın Şahanə, Givani, Xostayo, Təbrizi kimi sortları geniş becərilir. Meyvələri oktyabrda yetişir.
Xurma ağacı çox məhsuldar bitkidir, onun müxtəlif növləri vardır. Azərbaycanda bu meyvənin əsasən korolyok və xirnik növləri yetişdirilir. Ölkəmizdəki xurmanın tərkibində yod birləşmələri çox olduğundan onun mühüm müalicəvi əhəmiyyəti var. Azərbaycanda becərilən xurma (Şərq xurması - Diospyros kaki), əsasən Lənkəran zonasında (Astara, Lənkəran, Masallı), bundan başqa, Göyçay, Ağdaş, Ağdam, Şəmkir, Gəncə, Balakən Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (Diospyros lotus) və Virgin xurması (Diospyros virginiana) adlanır.