Alliance Agro Məhsullar Pomidor
Pomidor
Tomat və ya pomidor (Solanum Licopersicum L.) birillik ot bitkisidir. Pomidor isti sevən bitki olduğundan, əsasən, orta və cənub rayonlarda becərilir. Pomidorun 600-ə qədər becərilən sortu məlumdur. Azərbaycanda, əsasən, Mayak 12/20-4, Dnestrətrafı, Volqoqrad 5/95, Sevimli, Şəfəq-49 və s. pomidor sortları yetişdirilir. Bunlardan əlavə, Bizon-637, Novoçerkassk-416, Krasnodarlı 87/23-9, Nübar-1, Peremoqa-165və Savalan sortları da becərilir.
Pomidorun keyfiyyətinə aşağıdakı tələblər verilir: meyvəsi təzə, təmiz, bütöv, sağlam, kənd təsərrüfatı zərərvericiləri ilə zədələnməmiş olmalı, forması eybəcər olmamalı, saplaqlı və ya saplaqsız, ölçüsü ən böyük diametrində 4 sm-dən az olmamalıdır. Yetişmə müddətindən asılı olaraq satışa qırmızı, çəhrayı və sarı (sarı meyvəli sortlar üçün) pomidor göndərilir. Daşımaq üçün çəhrayı, boz və süd rəngli pomidorlar götürülməlidir.
Mühüm ərzaq əhəmiyyətinə malik olan qiymətli tərəvəz bitkilərindən biridir. Pomidorun tərkibində olan bütün qiymətli maddələr insan orqanizminin normal inkişafı üçün vacibdir. Pomidorun şirəsi keyfiyyətli, sərinləşdirici və vitaminlə zəngindir. Pomidorun tərkibində cox əhəmiyyətli qida məhsulları, mineral duzlar, vitaminlər vardır. Tərkibindəki şəkərin turşuya münasibəti nə qədər çox olarsa, meyvə daha da dadlı olar. Pomidorun tərkibinin aktiv maddələrlə zəngin olması onun əhəmiyyətini artırır. Meyvələr B1, B2, B3, PP, C, A və digər vitaminlərlə zəngindir.
Respublikada pomidor məhsuluna olan təlabat tam ödənilir. Respublikamızda pomidor bitkisinin tezyetişən-Utro, Elnur, İlyas, Alsu, ortayetişən-Maqomed-Ali, Astol, Nuru, Şəkər, Yubiley-60, Xəzər, Zəfər ortayetişən-Titan, Elim, İlkin, Dar Zavoljya, Vətən-1, Leyla, Zərrabi sortları rayonlaşdırılmışdır. Tezyetişən və ortatezyetişən sortların əsasən suvarılan ovalıq, Lənkəran zonasında, ortayetişən sortların isə suvarılan dağətəyi-düzən, Şəmkir, Salyan, Bərdə, Tovuz, Abşeron və digər iqtisadi rayonlarda əkilməsi məqsədə müvafiqdir.
Pomidor istisevən bitkidir, 15 °C-dən aşağı temperaturda bitki, adətən, çiçəkləmir. Pomidoru bütün torpaqlarda yetişdirmək olar.
Alyans Aqro şirkəti Şəmkir və Xaçmazda pomidor istixanalarında istehsal etdiyi pomidor (Rally, Pink Paradise, Mahitos sortları və s.) və digər meyvə-tərəvəz məhsullarını Rusiya və digər ölkələrə ixrac edir. Şirkətin illik 10 mindən 20 min tona qədər pomidor ixrac etmək gücü vardır.