Alliance Agro Məhsullar Kartof
Kartof
Kartof çoxillik ot bitkisidir və əhali üçün qiymətli ərzaq sayılır. Əhalinin işlətdiyi ərzaq məhsulları içərisində çörəkdən sonra kartof ikinci yeri tutur. Kartofun tərkibində insan orqanizmi üçün lazım olan bir sıra qiymətli maddələr: nişasta, zülal, mineral duzlar və müxtəlif vitaminlər vardır. İnsan orqanizmi C vitamininə olan tələbatının yarısını kartofla təmin edir.
Kartof, nişasta, spirt, kartof unu, çips sənayesində xammal və heyvanlar üçün yem kimi işlədilir. Alimlərin tədqiqatları göstərmişdir ki, kartofun yumrularındakı zülalın böyük əhəmiyyəti vardır. Kartofda olan zülal digər zülallardan fərqli olaraq daha yaxşı həzm olunur. Bu xüsusiyyətinə görə taxılda və tərəvəzdə olan zülalları qabaqlayır, ancaq ətdə olan zülallardan bir qədər geri qalır. Kartofdan hazırlanmış spirt və digər məmulatların tibbdə (səhiyyə sahəsində) böyük əhəmiyyəti vardır. Kartofdan sənayedə geniş istifadə edilir.
Dövlət Komissiyasının Reyestrində kartofun Radomışlskiy, Nevski, Sevinc, Laymdota, Ukrainskiy rozovıy, Əmiri-600, Filea, Solora, Nora, Aqriya, Laura, Marabel, Mona Liza, Spunta, Arinda, İmpala, Telman sortlarının rayonlaşdırılması göstərilmişdir. Bunlardan yalnız 3-ü Sevinc, Əmiri-600 və Telman sortları yerli sortlardır. Perspektivli sortlardan Zanra, Tatyanka, Vilya, Svitanik, Perla, Zila, Mavka, Belladona, Oqonyok, Neptun, Lileya və s. göstərmək olar. Əsas üstünlük yerlı sortların stress faktorların təsirinə xarıcdən gətirilmiş sortlara nisbətən daha davamlı olmasıdır.
Azərbaycanda kartof polietilen altında becərildikdə aprelin 20-25-dən, açıq sahədə becərildikdə isə mayın 10-20-dən yığılmağa başlayır. Yaz-yay dövründə istifadə etmək üçün hissə-hissə qazılır. Lakin, bitkinin yerüstü kütləsi quruduqda yumrular kütləvi surətdə yetişir və birbaşa yığıla bilər. Yığılmış yumrular sərilərək qurudulur və iriliklərinə görə çeşidlənir. Çeşidləndikdən sonra yumrular xüsusi anbarlarda saxlanılır. Yumruların tərkibində nəmlik 75% olduğundan tez xarab olur. Bunun üçün də saxlama müddətində optimal temperatur, nəmlik və hava qarışığı olmalıdır.