Alliance Agro Məhsullar Xiyar
Xiyar
Xiyar müalicəvi əhəmiyyətinə görə qədim zamanlardan istifadə edilən və hazırda geniş yayılmış əsas tərəvəz bitkilərindən biridir. O, meyvələrinin dadı, ətri, qidalılığı və müalicəvi xüsusiyyətləri, həm təzə, həm də duza qoyulmuş halda bütün il boyu istifadə edildiyinə görə geniş yayılmışdır. Xiyarın 94-97 faizini su, yalnız 3-6 faizini quru maddə təşkil edir. Lakin quru maddənin tərkibində çoxlu miqdarda qiymətli birləşmələr vardır ki, onlar insan orqanizmi üçün lazım olan mineral duzlar, üzvi turşular, fermentlər, efir yağları və vitaminlərlə zəngindir. Xiyarın külündə kalium, natrium, maqnezium, fosfor, xlor, dəmir, kükürd duzlarına rast gəlinir. Həmin maddələrin əksəriyyəti çörək, ət, pendir və başqa yeməklərlə orqanizmə daxil olan bəzi yararsız turşuları zərərsizləşdirir.
Xiyarın 8 yarımnövü müəyyən edilmişdir. Xiyar inkişaf dövründən asılı olaraq istiliyə müxtəlif dərəcədə tələbkardır. Meyvənin əmələ gəlməsi zamanı istiliyə tələbat artır (25-28 dərəcə selsi), 35 dərəcə selsidən yuxarı temperatur bitkiyə mənfi təsir edir. Məhsuldarlığın artmasında havanın nisbi rütubətinin 90-100 faiz, torpağın nəmliyinin isə 85-95 faiz olması mütləq lazımdır.
Xiyar sortları qara tikanlı və ağ tikanlı qruplarına bölünürlər. Qara tikanlı xiyar sortlarından Vyaznikov, Murom-36, Uspex-290, Ukrayna tezyetişəni, Urojay-86, gecyetişənlərdən Nejin-12, Don-171, Doljik, Ryabçik-254/4 göstərmək olar. Bu sortlar, əsasən duza və sirkəyə qoyulmaq üçün istifadə edilir. Ağ tikanlı sortlar, əsasən təzə halda istifadə edilir. Bu xiyarların qabığı duz məhlulunu pis keçirir, ona görə də duza və sirkəyə qoyulmaq üçün az yararlıdır. Zəif qabırğalı sortlardan tezyetişən Altay, Izyaşnıy, iriqabırğalılardan Həştərxan- 136, Margilan-88, yerli Muxran və s.
İstixanalarda yetişdirmək üçün Klin, Daşkənt-86, Uspex-221 və s. əlverişlidir. Azərbaycanda becərilən xiyarlardan Biryuçekutski-193, Siqnal-235, Yerli Gəncə, Don-175, Nejin-12, Uspex-221, Kotyak, Rulan-95 və Yerli Klin sortunu göstərmək olar. Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla, müxtəlif çalarlı yaşıl rəngdə, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər.
Respublikamızda xiyarın Konkurent, Feniks 640, Kirovabadskiy mestnıy, Şedriy 118, Parad, Azəri sortları açıq, Moskva istixana hibridi və Stella sortları isə örtülü sahədə becərilmək üçün rayonlaşdırılmışdır.