Alliance Agro Məhsullar Çiyələk
Çiyələk
Qiymətli giləmeyvə bitkilərindən olan çiyələk ölkəmizdə geniş yayılmışdır. Onun tərkibində 4,5-9,9 faiz şəkər, 0,75-1,5 faiz üzvi turşu, 0,9-1,7 faiz azotlu maddə, 1,-1,5 faiz zülal, 0,4-0,8 faiz kül elementi, 30-100 mq faiz C vitamini və digər vitaminlər vardır. Çiyələk meyvələri təzə halda yeyilir və ondan müxtəlif məmulatlar (mürəbbə, povidlo, spirtli içkilər və s.) hazırlanır. Çiyələyin övləri çoxdur və onların sayı 20-25 arasındadır. Bu növlərin əksəriyyəti Amerika qitəsində, Asiyada və qismən Avropada yayılmışdır. MDB-də 7 növünə rast gəlinir. Bunlardan 6 növü yabanı, 1 növü isə mədəni halda yayılmışdır. Azərbaycanda yabanı halda 1 növü yayılıb. Çiyələk sortları dünya miqyasında 10 mindən çoxdur. Bunlardan respublikamızda daha geniş yayılanları Madam Muto, Festival, Misovka, Komsomolka, Talisman, Zenqa-Zenqana sortlarıdır. Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır. Gəncə, Şəmkir, Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Lənkəran rayonlarında bu bitkinin ehtiyatı çoxdur.
Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyun-iyul-avqustda yetişir.
Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır. Yarpaqlarında 250-380 mq% C vitamini, aşılayıcı maddə və üzvi turşular vardır.