Alliance Agro Məhsullar Moruq
Moruq
Moruq qiymətli giləmeyvə bitkisidir. Ətirli, zəngin kimyəvi tərkibi və dadlı meyvələri ona çox qədimdən böyük şöhrət qazandırmışdır. Moruq meyvələrində 10- 12 faiz şəkər, 0,62-2,17 faiz turşu, C, B9, B12 vitaminləri və digər üzvi maddələr vardır. Moruq meyvələrindən təzə halda istifadə olunmaqdan başqa, ondan mürəbbə, şirə, püre, spirtli və spirtsiz içkilər hazırlanır. Moruq gülçiçəklilər fəsiləsinə aid olub 600-dən artıq növü becərilir. Adi moruq Rusiyada, Ukraynada, Belorusiyada, Qafqazda, Orta Asiyada, Qərbi Avropa ölkələrində geniş yayılmışdır. Respublikamızda becərilmək üçün moruğun Visluxa, Qoliaf, Krimzon-Mammut, Malbora, Novost Kuzmina və Smena sortları tövsiyə edilir.
Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Moruğun meyvələrində bir sıra müalicə əhəmiyyətli maddələr vardır. Bunlardan: alma və limon turşularını, C vitaminini, karotini, az miqdarda B1 vitamini, həmçinin çoxlu miqdarda qlükoza, fruktoza, saxaroza şəkərlərini göstərə bilərik.
Moruğun 250-dən çox növü vardır. Yabanı halda Asiya, Avropa və Amerika qitələrində geniş yayılmışdır. Azərbaycanın bütün zonalarında (xüsusilə Şəmkir və Xaçmazda) böyürtkən kolluqları vardır. Onun Azərbaycanda 15 növü yayılmışdır. Böyürtkən may ayından başlayaraq, avqusta qədər çiçəkləyir. Çiçəkləri ağ və ətirlidir. Çiçək açdıqdan təxminən 1 ay sonra meyvəsi yetişir. Meyvəsi forma etibarilə uzunsov və konusvari, rənginə görə qırmızı, qara, al-qırmızı və sarı olur. Dadı şirin, meyxoş və ətirlidir. Azərbaycanda irimeyvəli, gecyetişən və quraqlığa çox davamlı böyürtkən formaları vardır. Əhali yabanı böyürtkənləri toplayır və konserv zavodlarına təhvil verirlər. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan likör, şərab, spirtli içki, mors, şirə, kompot, şərbət, mürəbbə, marmelad və cem hazırlanır. Yabanı halda bitən böyürtkəndə şəkər, üzvi turşular, aşı, pektin, boyayıcı maddələr, C vitamini və karotin miqdarca daha çoxdur.