Alliance Agro Məhsullar Heyva
Heyva
Heyva Azərbaycanda çox qədimdən becərilən və nisbətən geniş yayılmış bitkidir. Meyvələrində 8-11 faiz şəkər, 0,85-2 faizədək turşu, 1,78 faiz pentoza, 0,33 faiz müxtəlif vitamin və digər üzvi maddə vardır. Meyvələrindən təzə və emal olunmuş halda, toxumlarından isə müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə edilir. Heyva bitkisi, əsasən, Orta Asiya, Güney Qafqaz, Krım və Şimali Qafqazda becərilir. Meyvələri sentyabr-oktyabrda yetişir. Meyvələri iri (200-450 q və daha çox), yumru, armudvari formalıdır. Meyvə qabığı yaşıl, yaşılımtıl-sarı, sarı, qəhvəyi-sarı rəngli olur. Üzəri sıx pənbəlidir. Heyva Cydonia L. cinsindən olub, monofiletik mənşəli bitkidir. Yalnız bir növü vardır-Adi heyva (C.oblonga L.). Bütün mədəni heyva sortları bu növdən törəmişlər.
Azərbaycanda iqtisadi rayonlar sırasında Şəki-Zaqatala iqtisadi zonası heyva istehsalının 29%-ni təşkil edir. Şəmkir və Xaçmaz zonaları da istehsalda üstünlük təşkil edir. Heyva sortları Azərbaycanda olduqca çoxdur. Respublikamızda əsasən Cardam, Qara heyva, Qaraman heyva, Sarı heyva, Pensər, Vələçin sortları becərilir.
Heyva cənub, mülayim qurşaq bitkisi olduğundan istiyə tələbkardır. Lakin, cənub bitkilərinin çoxundan şaxtaya daha davamlıdır. Təsadüfi deyil ki, heyvanın bir sıra sortları Həştərxan və Volqoqrad vilayətlərində müvəffəqiyyətlə becərilir. Respublikamızın dağ ətəklərində yabanı halda bitən heyva ağaclarına da rast gəlmək olur. Lakin yeyinti sənayesində, eləcə də təbabətdə ən çox becərilən heyvadan istifadə olunur.