Alliance Agro Məhsullar Gavalı
Gavalı
Gavalı kürə, ehram, dağınıq formalı çətrə malik, ağac və ya kol bitkisidir. Meyvələrinin yüksək dad keyfiyyəti və ağaclarının davamlılığına görə gavalı meyvə bitkiləri içərisində yüksək qiymətləndirilir. Gavalı meyvələri zəngin tərkibli və qidalıdır. Meyvələrinin tərkibində şəkər, dabbaq maddəsi, C və P vitaminləri vardır. Toxumlarda yağ və amiqdalin olur.
Meyvələri təzə halda yeyilməkdən başqa, onlardan kompot, cem, mürəbbə, povidlo, şərab və s. məhsullar hazırlanır. Qurudulmuş meyvələrində 50 faizə qədər şəkər olur. Gavalı (Prunus Mill.) cinsi 30-dan artıq növü birləşdirir. Əksər gavalı sortları ev gavalısından törəmişlər. Ev gavalısı (Pr.domestica L.) yalnız mədəni halda becərilir, yabanı halda rast gəlinmir. Gavalının iki mindən artıq sortu məlumdur.
Respublikamızda daha geniş becərilən və perspektivli (əhəmiyyətli) olan sortlar Şaftalı Gavalısı, Yaşıl Renkold, İtalyan vengerkası, Xurmayı vengerka, Sarı albuxara, Aleksandr Düma, Altan renklodu, Ullens renklodu sortlarıdır. Gavalı, əsasən, iyul-avqust aylarında yetişir.
Azərbaycanda iqtisadi rayonlar sırasında gavalı istehsalı Şəmkir və Quba-Xaçmaz zonası üstünlük təşkil edir.